Arxiv
31 May 2020, 10:15 | TƏHSİL
Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır

Azərbaycanda orta məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

 

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənni üzrədir. Azərbaycan bölməsində musiqi fənni üzrə 1 421, təsviri incəsənət üzrə 788, rus dili üzrə 694, kimya üzrə 672, informatika üzrə 487, ingilsi dili üzrə 453, texnologiya üzrə 318, riyaziyyat üzrə 309, biologiya üzrə 290, fiziki tərbiyə üzrə 287, fizika üzrə 275, Azərbaycan dili və ədəbiyyat üzrə 203, ibtidai sinif üzrə 167, coğrafiya üzrə 157, fransiz dili üzrə 13, alman dili üzrə 12 vakant yer var.

 

Rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir. Belə ki, ibtidai sinif üzrə 135, informatika üzrə 83, fiziki tərbiyə üzrə 66, musiqi üzrə 63 vakant yer çıxarılıb. Rus bölməsində müəllimə tələbatın duyulduğu ən az duyulduğu fənlər fransiz dili, alman dili və tarix üzrədir. Fransiz dili üzrə 9, alman dili üzrə 26, traix üzrə 27 vakant yer müsabiqəyə çıxarılıb.

 

Bakı məktəblərində rus bölməsi üzrə 299, Azərbaycan bölməsi üzrə 395 vakant yer müsabiqəyə təqdim edilib. Bakıda Azərbaycan bölməsi üzrə ən çox vakant yer rus dili (91 yer), fiziki tərbiyə (60 yer), informatika (43 yer) üzrədir.

 

Paytaxt məktəblərində rus bölməsi üzrə 30 fiziki tərbiyə, 29 informatika, 28 ibtidai sinif müəlliminə ehtiyac var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30 “Türkiyə F-16-sı Ermənistana məxsus SU-25-i vurmayıb” - Fahrettin Altun 29 Sentyabr 2020, 19:21 Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı könüllü ordu sıralarına qoşuldu 29 Sentyabr 2020, 19:12 Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdəndir - İlham Əliyev 29 Sentyabr 2020, 19:03