Arxiv
31 May 2020, 15:25 | ÖLKƏ
Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?”

COVID-19 pandemiyası səbəbindən könüllü olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən həkimlər etiraz edir.


Bu barədə Modern.az-a 23 ildir 11 saylı Şəhər Poliklinkinasında sahə həkimi kimi çalışan, pandemiya səbəbindən könüllü olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasına ezam olunan Məlahət Hümmətqızı bildirib.


O qeyd edib ki, pandemiya xəstəxanlarında çalışan həkimlərin ailələri üçün təhlükə yaranıb:

“Ehtiyac yarananda TƏBİB səhiyyə işçilərinə- həkimlərə çağırış etdi, həkimləri könüllü olaraq insanlara yardım etməyə çağırdı. Vətən darda idi, kömək lazım idi. Millətini, vətənini, peşəsini sevən həkim heç vaxt səhiyyəsinin, dövlətinin çağırışına biganə qala bilməzdi, buna vicdanı yol verməzdi. Evində ailəsini, valideynlərini, körpə uşağını qoyub ön cəbhəyə - xəstəxanalara təmənnasız işləməyə gələn könüllü həkimlərimiz var. Hər gün 8 saat hava keçirməyən kamuflyajda yuxusuz gecələri oldu, koronovirus pandemiyasından qorxmadan xəstənin başı üzərində dayanaraq cəsarətlə keşik çəkdi, hərarətini saldı, tənəffüsünü bərpa etdi, ağır vəziyyətdən çıxartdı, ölməyə qoymadı.

Əvvəl 15 gün, 30 gün çalışan həkimlər test nəticəsi neqativ çıxanda 15 gün karantində saxlanılırdı. Sonra karantin günü 7 oldu. Amma indi tibb işçilərindən yaxma götürülür və onlar evə buraxılırlar. Bu qədər əziyyət çəkən həkimləri niyə düşünən yoxdur? Biz xalqımızn, insanlarımızın yolunda  heç nə düşünmədən səfərbər olduq, bəs bizi niyə düşünən yoxdur ki, virus daşıyıcısı ola bilərik, evimizə, ailəmizə virus apara bilərik?”.
 

M.Hümmətqızı TƏBİB rəsmilərinə müraciət edərək, həkimlərə arxa çıxmağa çağırıb:

“Bəzi həkimlər var ki, 15 gün, bəziləri 30 gün çalışıb evinə gedir. Mən iki aydır burada çalışıram, gücüm çatsa, iyunda da qalıb işləyəcəm. Amma istəyimiz budur ki, bizim təhlükəsizliyimiz təmin olunsun. Bu gün evinə gedəcək olan həkimlər üçün son gündür. Onlara da bildiriblər ki, oteli tərk edin. Bu həkimlərin hərəsinin 5-6 evi yoxdur axı özünütəcrid etsin, 15 gün ailəsindən kənarda qala bilsin. Axı onların evindəki insanlar təhlükədədirlər. Əvvəllər həkimlər, tibb işçilərinin test nəticələri neqativ çıxanda oteldə karantində saxlanılırdılar. Amma indi görünür ki, otellər fəaliyyətini bərpa edəcəyindən, TƏBİB-in də karantin üçün əlavə yeri olmadığından, həkimləri evinə gödərirlər.

Mən TƏBİB rəsmilərindən məsələyə biganə qalmamağı xahiş edirəm”.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, yalnız test nəticələri neqativ olan həkimlər evə buraxılır:

“Bütün addımlar TƏBİB-in tibb işçilərilə bağlı hazırlanan təlimatına uyğun atılır. Qaydalarda necədir, o cür də hərəkət edilir. Əvvəl tibb işçiləri 15 gün karantində saxlanılırdı, amma indi tibb işçiləri üçün hazırlanan təlimata uyğun olaraq, onlar karantində saxlanılmır. Test verirlər, əgər nəticələr neqativdirsə, yəni tibb işçilərində virus aşkarlanmayıbsa, evə buraxılırlar. Onların ailəsi üçün hər hansı təhlükə yoxdur. Nəticə bilinmədən kimsə evə buraxılmır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37 Deputat erməni təxribatının məqsədlərini AÇIQLADI 13 İyul 2020, 13:33 Sabahın hava PROQNOZU 13 İyul 2020, 13:30 Sabir Hacıyev: “Minsk qrupu işğalçı dövlətə təzyiq göstərə bilmir” 13 İyul 2020, 13:26 Türkiyədən Ermənistana mesaj: “Ağlınızı başına yığın Azərbaycanın yanındayıq” - VİDEO 13 İyul 2020, 13:22