Modern.az

Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO

Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO

31 May 2020, 20:38

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Tyuram ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən aksiyaya dəstək nümayiş etdirib.

 

Modern.az-ın məlumatına görə, fransalı hücumçu Bundesliqanın XXIX turunun "Union Berlin"lə ev qarşılaşmasının (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını bildirib.

 

Dünən isə "Şalke"nin amerikalı yarımmüdafiəçisi Ueston Makkenni "Verder"lə matça (0:1) üzərində "Corc üçün ədalət" sözləri yazılmış sarğı ilə çıxıb.

 

Qeyd edək ki, "Union Berlin"lə görüşdə dubl edən M.Tyuram digər qolu isə 59-cu dəqiqədə rəqib qapısından keçirib. O, fransalı məşhur futbolçu Lilian Tyuramın oğludur.

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə boynunu sıxıb.

 

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

 

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...