Modern.az

16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu

16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu

Aktual

1 İyun 2020, 00:49

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident rayonun Mexkalon yaşayış məntəqəsində qeydə alınıb.

Abşeron Rayon Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub.

 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.



Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər