Modern.az

ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar

ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar

1 İyun 2020, 17:11

ABŞ-ın Kolorado ştatında “erməni soyqırımı” abidəsi murdarlanıb. Modern.az Erməniastan KİV-nə istinadən xəbər verir ki, abidənin üzərinə qara boya vurulub.

Soyqırımı abidəsi Kolorado ştatının Senatı qarşısında yerləşirdi. Ağdərili polis tərəfindən öldürülən Corc Floyda görə aksiya keçirən insanlar “soyqırımı”na həsr edilən abidənin üzərinə şüarlar da yazıblar.

Kolorado ştatındakı abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir