Modern.az

Tayvandan Çinlə bağlı HAZIRLIQ 

Tayvandan Çinlə bağlı HAZIRLIQ 

Dünya

16 Avqust 2026, 17:54

Tayvan Çinlə müharibəyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "Forbes" yazıb.

Bildirilib ki, Tayvan Çinlə mümkün müharibəyə hazırlıq çərçivəsində internetə çıxışın məhdudlaşdırılması, Tayvan lideri Lay Çinqdenin təxliyəsi və düşmənin sahilə desant çıxarmasının qarşısının alınması üzrə təlimlər keçirib.

Ölkədə “Han Quang” adlı genişmiqyaslı hərbi təlimlər baş tutub. Təlimlər avqustun 2-dən 14-dək davam edib.

Qeyd edilib ki, Tayvan ordusu ABŞ-ın müharibə aparmaq üsullarından istifadə edir və ilk dəfə M1A2T “Abrams” tanklarını hərbi təlimlərə cəlb edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...