Modern.az

"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı

"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı

İdman

16 Avqust 2026, 17:46

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?