Modern.az

Britaniyada təyyarə qəzaya uğrayıb

Britaniyada təyyarə qəzaya uğrayıb

Dünya

Bu gün, 00:33

İngiltərənin Esseks qraflığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ağır xəsarət alıb.

Modern.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, hadisə 16 avqustda günün ikinci yarısında hərbi muzeyin yerləşdiyi tarixi "Stow Maries Aerodrome" aerodromunda baş verib.

Yaralı London xəstəxanasına aparılıb. Qəzetin məlumatına görə, tamaşaçılar və ya digər iştirakçılar xəsarət almayıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Sizə yeni x var
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama