Modern.az

 Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

 Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

1 İyun 2020, 17:41

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov Türkiyənin “İzmir” telekanalında ermənilərin azərbaycanlılara qarşı  törətdiyi soyqırımlar və düşmənçilik siyasətindən danışıb.

 

Modern.az xəbər verir ki, professor Ermənistanda vaxtilə Hitlerə xidmət etmiş Qaregin Njdenin (Ter-Arutyunyan)  faşist ideologiyasını dövlət ideologiyası səviyyəsinə qaldırmasını tarixi faktlar və elmi əsaslarla sübut edib.

 

Əyyub Kərimov həmçinin İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olduğunu, ermənilərin bu torpaqları hansı vasitələrlə ələ keçirməsini bir daha tamaşaçıların diqqətinə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu