Arxiv
1 İyun 2020, 18:09 | AKTUAL
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ

Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayırır.

 

Kənddə koronavirusa yoluxanlar üç ailənin üzvləridir. Hazırda həmin şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Onların ailə üzvləri və təmasda olduğu 20 nəfərə yaxın şəxs isə öz evlərində karantinə alınıblar. Tibbi nəzarətə götürülən həmin şəxslərdə yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə test aparılıb.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının Müşkür inzibati ərazi dairəsi üzrə nümayəndəsi Polad Bədəlov bildirib ki, ilk dəfə may ayının 28-də kənddə bir ailənin üzvlərinin koronavirusa yoluxduğu barədə məlumat verilib. Həmin ailədə xəstəliyə yoluxması ehtimalı olan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

“Həmin şəxsin koronavirus testi pozitiv olduğundan tibb müəssisəsində müalicəyə götürülüb. Dərhal sonra vətəndaşın ailə üzvləri də yoxlanılıb və onlarda da koronavirusun olduğu təsdiqlənib. Hazırda kənddə 12 nəfər bu xəstəliyin daşıyıcısıdır. Həmin şəxslər 35-55 yaş arası kənd sakinləridir. Kənddə ilk yoluxmanın Rusiya Federasiyasından gələn şəxsdən başladığı ehtimal olunur. Koronavirusa yoluxma ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, həmçinin Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Yoluxan şəxslərin ailə üzvləri və təmasda olduqları şəxslər nəzarətə götürülüb. Onlardan lazofaringial yaxma götürülərək analiz üçün göndərilib”, - deyə Polad Bədəlov söyləyib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər həkimlər tərəfindən diqqətdə saxlanılır.

 

Hazırda Köhnə Xaçmaz kəndində vətəndaşlarla fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilir. Sakinlərə təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli “qaynar xətlər”ə zəng etmək ciddi tövsiyə olunur. Özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyi bildirilir.

 

Köhnə Xaçmaz əhalisi əsasən meyvəçilik və tərəvəzçiliklə məşğul olur. Kənd sakinləri Mirbaba Qəribov və Hüseyn Həsrətov  xəstəliklə əlaqədar tövsiyələrə ciddi əməl etməklə, gündəlik təsərrüfat işlərini davam etdirdiklərini bildiriblər.

 

Yaşayış məntəqəsində insanların kompakt toplaşdığı yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işləri aparılıb.

 

Rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda 5 min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayırır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Bakının iki qəsəbəsi  işıqsız qaldı 12 İyul 2020, 00:08 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09