Modern.az

Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb

Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb

Aktual

1 İyun 2020, 23:11

Abşeron rayonunda kişi naməlum şəraitdə bıçaqlanıb.

Modern.az  xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

"Gənclər şəhərciyi"ndə 1970-ci il təvəllüdlü Hüseynov Vidadi Məhərrəm oğlu binanın dəhlizində bıçaq xəsarətləri alıb. Yaralı boyun nahiyəsinin kəsilmiş-deşilmiş xəsarərləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı