Modern.az

Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar

Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar

Aktual

2 İyun 2020, 11:55

Bu ilin ötən 5 ayında 21 675 fermerin süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib. Bu fermerlər 25 370 baş buzova görə subsidiya alacaqlar.

 

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Modern.az-a verilən məlumata görə, subsidiya məbləği hər heyvandarın öz “Fermer Kartı”na köçürüləcək:

 

“EKTİS-də ümumilikdə 348 süni mayalanma üzrə mütəxəssis qeydiyyatdan keçib və əlaqə məlumatları yerləşdirilib. Fermerlər özlərinə yaxın və daha uğurlu təcrübəyə malik olduğu görünən mütəxəssisləri (mayalanma və alınan bala sayının nisbəti ilə) sistemdən seçib, xidmətindən istifadə edə bilərlər”.

 

Qeyd olunub ki, bu ilin ötən 5 ayı ərzində Respublika Süni Mayalanma Mərkəzi 150 süni mayalanma mütəxəssisinə 56000 dozaya yaxın cins heyvan toxumu satıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.

 

Yeni subsidiya qaydalarına uyğun olaraq bütün subsidiya müraciətlərinin toplandığı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü