Modern.az

“Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat

“Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat

Aktual

2 İyun 2020, 20:28

“Azərbaycanla Asiya İnkişaf Bankı arasında son 20 ildə səmərəli və faydalı əməkdaşlıq qurulub. Qarşılıqlı etimad və hörmət əsasında inkişaf edən tərəfdaşlığın son illərdə daha da möhkəmlənib və müxtəlif iqtisadi-sosial sahələri əhatə etməklə regionda nümunəvi əməkdaşlıq modelinə çevrilib”.

Bunu Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirdiyi videokonfransı şərh edərkən bildirib.

 

Millət vəkili qeyd edib ki, yaxın əlaqələrin daha da genişlənməsi yeni mühüm layihələrin gerçəkləşməsinə və Asiya Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləğinin 3 milyard dolları ötməsinə səbəb olub. “Həmin vəsaitlər əhəmiyyətli infrastrukturlara investisiyalara yönəldilib. Ölkəmizdə elektrik enerjisi sektoru, dəmir yolu, yol tikintisi, su və kanalizasiya xidmətləri və digər zəruri infrastrukturların gerçəkləşməsində Asiyanın bu maliyyə nəhənginin investisiyaları mühüm rol oynayıbdır. Cənub Prezidentin də vurğuladığı kimi regionun ən iri tarnsnəqliyyat tranziti olan Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində bu bankın donorluğu xüsusi əhəmiyyət kəsb edir”.

 

F.Yıldırım qeyd edib ki, videokonfransda çıxış edən Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava Azərbaycanın dayanıqlı inkişafı ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyətinə toxunması Asiya İnkişaf Bankının iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və inklüziv artımın təşviqinə, eləcə də koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verdiyi dəstəyi davam etdirəcəyini təsdiqləyir. “Bu, onu göstərir ki, AİB-lə Azərbaycan arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək”.

 

Fatma Yıldırım bildirib ki, AİB-lə hazırda yeni layihələr üzərində işlər aparılır. “Bu layihələr həm infrastrukturların daha da yenilənməsini, həm də iqtisadi inkişafa dəstəyi nəzərdə tutur. Onların sırasında ən mühüm istiqamətlərdən biri iqtisadi inkişafın dəstəklənməsi layihəsidir. Azərbaycanın yaxın və ortamüddətli inkişaf ssenarilərinə əsasən, özəl sektor, kiçik və orta biznesin inkişafı başlıca hədəflərdən biridir. Bu istiqamətdə xarici maliyyə institutları ilə, o cümlədən Asiya Bankı ilə sıx əməkdaşlıq iqtisadiyyatın gələcək inkişaf sütunlarından biri hesab edilən kiçik və orta sahibkarlığın inkişafına xüsusi töhfə verəcək. Bundan başqa, Azərbaycan hökuməti Asiya İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları strategiyası əsasında da işləyir. Bu strategiya çərçivəsində bank qarşıdakı 3-4 ildə Azərbaycanla bağlı kredit prioritetlərini müəyyənləşdirəcək. Digər bir mühüm layihə startapların yaradılmasını nəzərdə tutur ki, bu da Dördüncü Sənaye İnqilabına keçid almış sahələrin, sənaye və digər sektorların imkanlarını artırmış olacaq. Bu sahədə əməkdaşlıq Bakıda Dördüncü Sənaye İnqilabının regional mərkəzinin yaradılması ideyası ilə də üst-üstə düşür”.

Millət vəkili onu da vurğulayıb ki, hökumət hazırda iqtisadi ssenarilər üzrə davamlı tədbirlər həyata keçirir, neftin qiymətinin aşağı düşməsi ilə bağlı meydana çıxmış çağırışlara uyğun olaraq təxirəsalınmaz addımlar atır, büdcəmizi yeni reallıqlara uyğunlaşdırır: "Büdcə siyasəti ilə bağlı əsas hədəflər iqtisadi və sosial inkişafı qoruyub saxlamaq, inkişaf stimul verməkdir. Xüsusilə də büdcədə sosial layihələrin davamlılığı tam təmin edilir, yalnız bəzi xüsusi zəruri olmayan və investisiya layihələrinin bir qədər təxirə salınması nəzərdə tutulur. Bütün bu addımlar isə AİB tərəfindən tam şəkildə dəstəklənir".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü