Modern.az

Qaradağda iki yük maşını toqquşdu: ölən var

Qaradağda iki yük maşını toqquşdu: ölən var

Aktual

2 İyun 2020, 20:55

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda iki “KamAZ ” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən  Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var