Arxiv
3 İyun 2020, 15:59 | QARABAĞ
Qarabağ döyüşçüsü niyə separatçı oldu? - Axtarışa verilən Eldar Orucov...

2014-cü ilin fevralında Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra ölkənin Şərqində - Donetsk və Luqans vilayətlərinin ərazisində separatçı hərəkat baş qaldırdı. Qısa müddətdə silahlı mübarizə fazasına keçən hərbi əməliyyatlar həmin vilayətlərin ərazisinin bir hissəsaində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” kimi qondarma rejimlərin bərqərar olmasına yol açdı.


Rəsmi Kiyevi rusdilliləri sıxışdırmaqda ittiham edən separatçıların sırasında yerli sakinlərlə yanaşı, Rusiyadan gələn çoxsaylı könüllülər və hərbçilər də az deyildi. 2015-ci ildə hərbi əməliyyatlar Minsk razılaşması hesabına müvəqqəti dayandırıldıqdan sonra Donetsk və Luqansk yerli komandirlərin hakimiyyətə gəldiyi ərazilərə çevrildi.
Separatçı “Donetsk Xalq Respublikası”nın hərbi rəhbərliyini gözdən keçirdikdə orada bir çox maraqlı personajlarla üzləşmək olar. Azərbaycanlı oxucu üçün belə personajlardan ən diqqətçəkəni milliyətcə azərbaycanlı olan, Qarabağ müharibəsinin iştirakçısı, Donbasda Ukrayna hakimiyyətinə qarşı separatçıların tərəfində vuruşan və Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərə görə axtarışa verilən Eldar Orucovdur.


Modern.az-ın məlumatına görə, Eldar Orucov 1964-cü ildə Moskva şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Moskvada Piroqov adına Tibb İnstitutuna daxil olub. Hərbi xidmətini keçmiş SSRİ-nin ən elit qoşun növü sayılan Hərbi Desant Qüvvələrində keçib. Bundan sonra ikinci ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakultəsində alıb.
Qarabağ münaqişəsi başladıqdan sonra 1992-1993-cü illərdə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) kəşfiyyat-diversiya qrupunun komandiri olub. 1993-cü ildə Bakını tərk edərək, Moskvaya qayıdıb. 1994-cü ilin dekabrında Bakıda həbs olunub. O, 1998-ci ildə azadlığa çıxaraq, Rusiyaya köçüb.


Eldar Orucov (Xasanov) 2000-ci ildən sonra tədricən rus millətçi dairələrinə yaxınlaşıb. Məhz bu təsirlərin nəticəsində o özünü kommunist və rus xalqının müdafiəçisi kimi təqdim etməyə başlayıb.


2006-cı ildə Moskvada “Azad Azərbaycan” adlı ekstremist təşkilat yaradaraq, Azərbaycan hakimiyyətini devirməyə çağırışlar edib. Paralel olaraq, Rusiyadakı kommunist təmayüllü ektremist hərbi birliklərlə təmasda olub. Bu zaman artıq o, Eldar Orucov deyil, Eldar Osmanoviç Xasanov adı ilə fəaliyyətə başlayıb.


E.Orucov 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı İqor Strelkovla birlikdə Ukraynanın Şərqində qanunsuz hərbi birləşmələrin yaradılmasında iştirak edib. Onların dəstələri Ukraynadakı siyasi qarışıqlıqdan yararlanaraq, 2014-cü il aprelin 12-də Slavyansk şəhərini ələ keçirib. Bu zaman separatçıların sırasında vuruşan azərbaycanlı Slavyansk briqadasının Baş Qərargah rəisi təyin olunub. İyulda şəhər uğrunda qanlı döyüşlər qızışıb, İqor Strelkovun dəstəsi mühasirəyə düşüb. Mühasirəni yaran separatçılar Donetsk şəhərinə geri çəkilməyə məcbur qalıb.  Döyüşlərdə aktiv iştirakına görə, Eldar Orucov “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Strelkov tərəfindən qondarma rejimin Baş Qərargah rəisi təyin olunub.  

 

Strelkov Orucova “Donetsk Xalq Respublikası”nın “polkovnik-leytenantı” hərbi rütbəsini də verib.


2014-2015-ci illərdə Eldar Orucov Slavyansk, Kramatorsk şəhərləri, Donets aeroportu uğrunda döyüşlərdə, Debaltsevo əməliyyatında iştirak edib. 2015-ci il fevralın 12-də Almaniya, Fransa, Ukrayna və Rusiya dövlət başçılarının imzası ilə Donbas bölgəsində atəşkəs elan edən “İkinci Minsk razılaşması” imzalanıb. Nəticədə, hərbi əməliyytalara son verilib.
Bundan sonra, Ukraynanın de-fakto nəzarəti əldən verdiyi Luqansk və Donetskdə yerli komandirlər arasında münaqişlər başlayıb. Bölgədə təsir dairələrinin bölüşdürülməsi, Rusiyadan daxil olan humanitar yardımın paylanılmasına və çoxsaylı sənaye müəssisələrinə nəzarətdən doğan bu qarşıdurma separatçıların rəhbəri İqor Strelkovun Rusiyaya qayıtmasına, bəzi komandirlərin sui-qəsd nəticəsində öldürülməasinə yol açıb. Bu müddət ərzində Eldar Orucov (Xasanov) proseslərdə aktiv iştirak edib, amma əsas himayədarı Strelkovun Donetski tərk etməsindən sonra bütün postlarını itirib. O, Donetsk və Luqanskda İqor Qirkinin informatoru kimi ad qazanıb.


2016-cı ildən isə Eldar Orucov yenidən yerli mətbuatın diqqətini cəlb etməyə başlayıb. Donbasda “Mixaylo” ləqəbi ilə tanınan Eldar Orucov Ukrayna əsirliyində olan separatçıları azad etmək üçün “Novosorriya” hərəkatında hərbi əsirlərlə bağlı yaradılmış komitəsinin yaradıcısı olub. Yarandığı gündən komitə Rusiya və digər postosvet ölkələrində separatçı hərəkəta rəğbət bəsləyən şəxslərdən ianə toplamağa başlayıb.


Hərbi əsirlərin hüquqlarının müdafiəsi ilə bağlı yaradılmış komitə ilk növbədə E.Orucovun 2014-cü ildə müharibə zamanı əsir düşmüş oğlunun Ukrayna həbsxanasından azad etmək məqsədi güdürdü. 2016-cı ildə onun oğlunun əslirlikdə öldüyü barədə məlumat verilib.

 

Hazırda Eldar Orucov Luqansk və Donetskdə hakimiyyətə gələnlərə qarşı tənqidi fikirlər səsləndirir. Onun açıqlamalarına Rusiya mətbuatında da geniş yer verilir.

2018-ci il avqustun 28-də Eldar Orucov Moskva şəhərinin mərkəzində, Petrovka 38 ünvanında saxlanılıb. O, Azərbaycan tərəfindən “qanunsuz silah dövriyyəsi, terrorçuluq, qəsdən sağlamlığa ağır zərər vurma, qanuni hakimiyyətin zorakılıqla ələ keçirilməsi və s. ağır cinayətlərdə ittiham olunur. Onun ekstradisiya olunması üçün Azərbaycan Baş Prokurorluğu lazımi sənədləri Moskvaya təqdim etsə də, Eldar Orucov bir müddət sonra polis idarəsindən azadlığa buraxılıb.


Eldar Orucov hazırda “Stalin alayı” təşkilatının sədri kimi fəaliyyət göstərir. Siyasi dünyagörüşlərinə görə, o özünü kommunist elan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Bakının iki qəsəbəsi  işıqsız qaldı 12 İyul 2020, 00:08 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56