Modern.az

ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü

ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü

3 İyun 2020, 16:58

ABŞ-da davam edən etirazlar zamanı polis rəisi öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Missuri ştatının Molin-Eykers şəhərinin 77 yaşlı polis rəisi Devid Dorn qarətçilər tərəfindən güllələnib.

 

Dostu lombard sahibi olan Dorn obyekti qarət etmək istəyən şəxslərə mane olmaq istəyən zaman həyatını itirib.

Ölkə boyu iğtişaşlar mayın 25-də Minneapolis şəhərində 46 yaşlı qaradərili Corc Floydun ölümündən sonra başlamışdı.  

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi