Modern.az

Ramiz Mehdiyev yeni təyinat etdi

Ramiz Mehdiyev yeni təyinat etdi

3 İyun 2020, 17:10

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə MEK-in direktor müavini vəzifəsinə Xuraman İsmayılova təyin edilib.

Məlumat üçün bildirək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, X.İsmayılova bundan əvvəl MEK-də bölmə rəhbəri vəzifəsində çalışırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır