Həyata keçirilən qapanmalar 10 gün müddətinə təsirli olur.
Modern.az-ın məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. O qeyd edib ki, aparılan araşdırmalar Azərbaycanda da bu tendensiyanın davam etdiyini göstərir:
"Yoluxma artdıqca, dünya ölkələləri də məhdudiyyətlərə yenidən keçid alır. Azərbaycanda da bu baxımdan istisna deyil. Ən azı peyvənd hazırlanana qədər virus bizimlə olacaq. Hazırda dünyanın dörd bir yanında peyvənd hazırlanması istiqamətində araşdırmalar davam etdirilir".