Modern.az

Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu

Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu

5 İyun 2020, 00:36

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı daha 44 nəfər artıb.

Modern.az   "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, Fransada epidemiyanın başlanğıcından 29 065 insan ölüb: "Onlardan 18 715-i xəstəxanalarda, 10 350-si sosial və tibbi-sosial müəssisələrdə vəfat etdi. Hazırda xəstəxanalarda 13 101 pasiyent müalicə edilir. Bir həftə əvvəl bu rəqəm 15 208 nəfər təşkil edib. Xəstəxanalara son gün ərzində 195 pasiyent daxil olub.

Qeyd edilir ki, reanimasiya şöbələrindəki xəstələrin sayı 1 163-ə qədər azalıb.

Ölkədə epidemiyanın başlanğıcından 102 300 insan xəstəxanalara yerləşdirilib. Onlardan 18 mindən çoxu reanimasiyada müalicə edilib.

Fransada virusa yoluxmuş təxminən 70 min insan sağalaraq evə buraxılıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...