Arxiv
6 İyun 2020, 21:30 | AKTUAL
UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi

UNEC-in rektoru, professor Ədalət Muradovun İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn görüşü keçirilib.

Modern.az-ın xəbərinə görə, görüşün məqsədi UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə distant tədrisin yekunu və distant imtahan sessiyasının müzakirəsini təmin etmək olub.

Millət vəkilləri Hikmət Babaoğlu, Arzu Nağıyev, Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun iştirakı ilə keçirilən görüşdə rektor Ədalət Muradov pandemiya dövründə UNEC-də təşkil olunan distant dərslər barədə məlumat verib.

UNEC Ekstern Mərkəzində başlanılan distant dərslərin karantin rejiminin tətbiqindən sonra evlərə köçürülərək davam etdirildiyini diqqətə çatdıran rektor, tədris ilinin əvvəlində nəzərdə tutulmuş akademik cədvəl əsasında gün ərzində 900-1100 distant dərsin təşkil olunduğunu, ümumilikdə isə tədris ilinin sonunadək dərslərin təşkilinin 100% yerinə yetirildiyini deyib. Ə.Muradov virtual dərslərin videoyazılarının, mühazirələrin, tövsiyə olunan materialların siyahısının, eləcə də sınaq imtahanlarının və test suallarının tələbələrin şəxsi kabinetlərinə göndərildiyini bildirib.

Rektor imtahan sessiyasının təşkili qaydaları ilə bağlı tələbələrin mütəmadi olaraq məlumatlandırıldığını, İmtahan Mərkəzinin rəhbərinin, eləcə də bütün fakültələrin dekanlarının qaynar xətt facebook səhifələri üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırdığını qeyd edib. İmtahanlardan öncə tələbələrə sınaq imtahanlarının da keçirildiyini vurğulayıb.

UNEC-də imtahanların proktorinq sistemi əsasında aparılacağını deyən rektor, universitetin 420 əməkdaşına (proktorlara) imtahana nəzarət təlimlərinin keçirildiyini bildirib. Rektor distant təhsillə bağlı tətbiq olunan iki yeniliyi də şura üzvləri ilə bölüşüb. Ə.Muradov UNEC-də Distant Ali Təhsil üzrə Beynəlxalq Forumun təsis olunduğunu və xaricdə yaşayan nüfuzlu alimlərin iştirakı ilə birinci forumun keçirildiyini, eləcə də UNEC Distant Təhsil Tədqiqat İnstitutu yaradıldığını şura üzvlərinin diqqətinə çatdırıb.

Sonra İmtahan mərkəzinin direktoru, dosent Söhrab İsayev imtahanlarda tələbələrə edilən güzəştlər və imtahan sessiyasının təşkili qaydaları haqqında məlumat verib.

Millət vəkili Hikmət Məmmədov pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı İqtisad Universitetinin ölkə ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib.

Osman Gündüz isə UNEC-də imtahanların təşkil olunmasını yüksək qiymətləndirərək, bunun universitetlərin reytinqi baxımından önəmli olduğunu diqqətə çatdırıb.

Pandemiyanın distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdığını deyən Əliməmməd Nuriyev, İctimai Nəzarət Şurasının üzvlərinə UNEC-də distant imtahanları müşahidə etmək imkanı yaradıldığını yüksək qiymətləndirib. O, distant ali təhsillə bağlı qanunun hazırlanmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə müsabiqə və qrant layihələrinin təşkil olunması təşəbbüsü ilə çıxış edib. Distant təhsil haqqında qanunların hazırlanması zamanı UNEC təcrübəsinin faydalı olacağını diqqətə çatdırıb.

Sahib Məmmədov isə millət vəkillərinə səslənərək, distant təhsil layihələrinin və qanunlarının hazırlanmasının əhəmiyyətndən söz açıb. UNEC-də distant imtahanların keçirilməsi mexanizminin müşahidə olunmasını yeni təcrübənin öyrənilməsi baxımından faydalı olacağını deyib.

Millət vəkili Etibar Əliyev ölkədə distant təhsil mədəniyyətinin formalaşmasının vacibliyindən danışaraq, distant imtahanların təşkilində qarşılıqlı inam və etimadın əsas rol oynadığını vurğulayıb.

Məlahət Mürşüdlü isə UNEC-in hər zaman olduğu kimi, mövcud durumda da məqsədyönlü addımlar atdığını deyib. UNEC-də distant imtahan sessiyası zamanı şura üzvləri tərəfindən müşahidələrin aparılacağını bildirib.  

Elşad Eyvazlı ölkə təhsilinin aparıcı qüvvələrindən olan cəmiyyətin distant təhsilə hazırlığı məsələsinə toxunub. Cəmiyyətin bu məsələyə adaptasiyası üçün distant təhsilin mahiyyəti haqqında dolğun məlumatların çatdırılmasının vacibliyindən danışıb.

Millət vəkili Arzu Nağıyev UNEC-də təşkil olunan distant təhsil barədə Milli Məclisdə müsbət fikirlər səsləndirildiyini, bu təcrübənin parlament üzvləri tərəfindən yüksək qarşılandığını deyib. Millət vəkili UNEC-lə yanaşı, Maliyyə İqtisad Kolecində də dərslərin distant təşkilinin yüksək səviyyədə aparıldığının şahidi olduğunu deyib.

Görüşün sonunda İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri göndərilib. Şura üzvləri iyunun 8-dən başlanacaq yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə biləcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00