Arxiv
6 İyun 2020, 22:38 | HADİSƏ
Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL

Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin 1-ci müavini postunu tutmuş Sülhəddin Əkbər “Azadlıq” radiosuna son müsahibəsində bir sıra diqqət çəkən açıqlamalar verib. Həmin açıqlamalar onun “KQB” arxivlərinin açılması, vaxtilə AXC rəhbərliyindəki şəxslərdən bəzilərinin xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlərlə bağlı fikirlərini əhatə edir.

S.Əkbər iddia edib ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirilmişdi: 

"Həmin vaxt mən təzəcə milli təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər Sülhəddin Əkbərin özü üçün də bağlı oldu. Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi". 

S.Əkbər qeyd edib ki, Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub...

S.Əkbərin müsahibəsi qalmaqala səbəb olub. Vaxtilə Elçibəy hakimiyyətində vəzifə tutmuş şəxslər ona etiraz ediblər.


Müsavat başqanı Arif Hacılı Sülhəddin Əkbərin fikirlərinə münasibət bildirib.

Modern.az xəbər verir ki, A.Hacılının sözlərinə görə, Sülhəddin Əkbərin indiyə kimi susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu.

“İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə onun dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu”.

A.Hacılı bildirib ki, S.Əkbərin MTN nazirinin 1-ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin edilməsi barədə dedikləri həqiqətə uyğun deyil.

“1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə “Moskva” otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu.
Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Ali Məclis sədri olan Heydər Əliyevin qəbuluna düşüb ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H. Əliyev isə buna razı olmamışdı.
O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi.
Həm də MTN naziri olarsa, Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi.
1992-ci may 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik.
Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi.
İsgəndər Həmidovun Daxili işlər naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi”.

A.Haclı deyir ki, Yaqub Məmmədovla həmin görüşdə MTN nazirinin təyinatı məsələsi mübahisə yaradıb:


“Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi.
İsgəndər Həmidov açıq şəkildə etiraz etdi.
Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İsgəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İsgəndər bəy də ciddi dəstək verdi.
Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi.
Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını təklif etdim. Etiraz olmadı. Eyni zamanda təklif etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun.
Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir”.

A.Haclının sözlərinə görə, Sülhəddin Əkbərin “15 may məxməri inqilabı” haqqında öz rolu barədə dedikləri də həqiqətə uyğun deyil.

“Mütəllibovun Şuşanın işğalından istifadə edərək, hakimiyyətə qayıtmasına qarşı mübarizə AXC-də vahid mövqe idi.
Hələ mayın 13-də əgər 14 may sessiyasında belə cəhd olarsa, AXC-nin bununla barışmayacağı, Konstitusiyanı müdafiə hərəkatı başlayacağı barədə ilk qərarımız olub.
Həmin gün AXC Ali Məclisinin sədri kimi mənim və AXC İcraiyyə Komitəsin sədri Pənah Hüseynin AXC qərargahında mətbuat konfransımız oldu. Həmin qərarımız bu mətbuat konfransında elan edilib. Bu mətbuat konfransı barədə məlumat o dövrün əksər mətbuat orqanlarında, eyni zamanda beynəlxalq mətbuatda geniş yayılıb.
Mayın 14-də AXC qərargahında AXC Rəyasət Heyəti, AXC İcrayyə Komitəsi və deputat blokumuzun birgə iclası keçirilib.
İclasa mən sədrlik edirdim.
Orada Konstitusiyanı müdafiə hərəkatı elan edildi. AXC qəragahı qarşısında fasiləsiz mitinqlərə başlanması və 15 may günü qərargah qarşısından Ali Sovet üzərinə yürüş edilməsi barədə qərar qəbul olundu.
30-40 nəfərədək hərəkat liderlərinin iştirak etdiyi bu toplantıda yalnız 3 nəfər bu qərarın əleyhinə səs verdi.
Sülhəddin Əkbər deyir ki, həmin dövrdə artıq AXC üzvü deyildi.
Hətta AXC üzvü olmayan bir şəxsin AXC-nin qəbul etdiyi qərarı öz adına bağlaması absurd deyilmi?
O dövrdə mətbuat konfransları keçirilib, AXC qərargahı, Ali Sovetin binası qarşısında, Azərbaycan televiziyasında hərəkat liderlərinin çoxlu çıxışları, çağırışları olub. Onun bu məsələlərdə hansısa xüsusi fəallığını xatırlamıram”.

A.Haclı deyib ki, S.Əkbər tərəfindən MTN arxivlərinin açılmasına Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil:

“Çünki, hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o, özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq.
Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib.
Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.
Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.
Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası katibi təyin etməsi barədə təklifi idi.
Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı”.


A.Hacılının sözlərinə görə, Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə iştirak edib: 

“Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm. Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi.
Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü.
Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə, İsa Qəmbəri Müdafiə naziri təyin edərəm.
Söhbət belə yekunlaşdı.
O söhbət zamanı “Azadlıq” qəzetinin əməkdaşı İsrail Musayev də orada idi. Çəkiliş aparırdı. Bəlkə də həmin çəkiliş indi onun arxivindədir.
Orada Sülhəddin Əkbərin Müdafiə nazirinin müavini olması söhbətini xatırlamıram. Yəqin ki, ola da bilməzdi. Çünki o, elə güc nazirliklərinin birinində nazirin 1-ci müavini idi.
Yaxın zamanlarda nazir, hətta güc nazirlikləri üzərində Təhlükəsizlik Şurası katibi təyin ediləcəyini gözləyirdi”.


Müsavat başqanı deyib ki, əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00