Arxiv
8 İyun 2020, 13:13 | DİASPOR
Erməni diasporu Modern.az-ın yazdıqlarını TƏSDİQLƏDİ: Azərbaycan diasporu bizi üstələyir

Erməni diasporu Modern.az-da ötən günBir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi” sərlövhəsi ilə çıxan məqalədə qeyd olunan fikirləri təsdiqləyib. Belə ki, Fransanın Alforvil şəhərinin erməni mənşəli yeni vitse-meri Saro Mardiryan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən narahat olduqlarını, erməni diasporunu üstələdiyini ilk dəfə açıq dillə etiraf edib.

 

“Prezident Ərdoğan Fransaya gedən hər bir türkə öz ölkəsinin səfiri olduğunu unutmamağı bildirir. O, soydaşlarına aktiv olmağı, uğur qazanmağı, yaşadığı ölkədə siyasətlə məşğul olmağı və yüksək postlar tutmağa çağırışlar edir. Azərbaycan da aktiv diaspor siyasəti yürüdür. Azərbaycan və Türkiyə diasporunun aktivliyi bizim üçün mənfi nəticələrə səbəb olacaq”-deyə Mardiryan gileylənib.

 

Saro Mardiryan Azərbaycana sevgisi ilə tanınan Rəşidə Datinin Paris meri seçilməsindən də narahat olub.


“Çox güman ki, Parisin meri ərəb mənşəli Rəşidə Dati olacaq”.


Əslən İstanbul ermənilərindən olan Saro Mardiryan Azərbaycan və Türkiyə diasporlarının fəallığı fonunda erməni diasporunun zəifləməsini, passivləşməsini də önə çəkib. O, erməni  diasporunun əvvəlki vaxtlarda olduğu kimi güclü və həmrəy olmadığını, digər Avropa ölkələrində də Azərbaycan diasporunun daha aktiv və mütəşəkkil fəaliyyət göstərdiyini əlavə edib.

 

Erməni diasporu Azərbaycan dövlətinin diasporla birlikdə ayrı-ayrı ölkələrdə Koordinasiya şuraları, “Qarabağ evləri”, “Azərbaycan məktəbləri”i yaratmasını, yerli azərbaycanlıların aktiv siyasətlə məşğul olaraq yaşadıqları ölkələrdə qanunverici və icraedici orqanlarda postlar əldə etməsini narahatlıqla izləyir. Avropada Azərbaycan diasporu Türkiyə diasporu ilə sıx əməkdaşlıq edir. Bu məqamda qeyd olunmalıdır ki, Azərbaycan və Türkiyə diasporlarının Yol Xəritəsi ilk dəfə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Saro Mardiryanın narahatlığı erməni diasporunun bu Yol Xəritəsinin icrasından keçirdiyi narahatlığın ilk işartısıdır.

Fransa ilə yanaşı, Avropanın digər ölkələrində də, xüsusən Almaniya, Hollandiya, Belçika, İsveç, Polşa, İtaliya, İspaniya, Böyük Britaniyada Azərbaycan diasporunun aktivliyi, Azərbaycan-Türkiyə birgə diaspor fəaliyyəti erməni diasporunu və Ermənistan hakimiyyətini ciddi narahat edən tendensiyadır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?