Arxiv
14 İyun 2020, 14:59 | QARABAĞ
Gəncəliyev Qarabağdakı ermənilərə müraciət etdi

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Dağlıq Qarabağın erməni sakinlərinə müraciət edib.

 

Modern.az müraciətin mətnini təqdim edir:

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə səslənirəm!

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərimiz, sizin seçilmiş nümayəndəniz olaraq, sizlərə müraciət edirəm.

 

Bu ismarıc sülh mesajıdır! Artıq ədalətli və davamlı yekun sülhə nail olmağın vaxtı çatıb və hətta keçib!

 

Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ vilayəti ölkəmizin uzun illər ən inkişaf etmiş bölgələrindən biri idi. Biz – Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri uzun illər sülh şəraitində orada birgə yaşamışıq və yenidən yaşayacayıq.

 

Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim.

 

Mən, Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən, bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu.

 

Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm.

 

Təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür. Yaxın keçmişdə mövcud olmuş erməni və azərbaycanlıların birgə yaşayışından bəzən hətta bixəbərdirlər.

 

Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.

 

Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə, bölgənin azərbaycanlı sakinləri adından bu mesajı çatdırıram ki, sülh şəraitində birgə yaşayışa hazır olmaq lazımdır.

 

Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var. Biz birgə sülh şəraitində yaşayış barəsində düşünməli və buna nail olmalıyıq. Öz evlərindən didərgin salınmış azərbaycanlılar işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Bizlər uzun illərdir ki, öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik və bu hal aradan qaldırılmalıdır.

 

Təəssüf ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində Azərbaycana qarşı “düşmən” obrazı yaradılıb, mənfi stereotiplər formalaşdırılıb. Bunların heç birinin əsası yoxdur. Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər!

 

Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri hazırda adı müharibə və məcburi köçkünlərlə birgə hallanan Dağlıq Qarabağ bölgəmizi Azərbaycanın və hətta dünyanın ən önəmli turizm bölgələrindən birinə çevirə bilər və çevirəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi mədəniyyətin, iqtisadiyyatın və insan kapitalının yüksək inkişafı ilə seçilə bilər və seçiləcəkdir.

 

Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşayıb, öz müqəddəratımızı Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təyin edəcəyik! Buna alternativ yoxdur!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03 Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsi təsdiqləndi 12 Avqust 2020, 19:27 Bu küçə və prospektlərdə sıxlıq var 12 Avqust 2020, 19:16 Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir 12 Avqust 2020, 19:12 ABŞ-da çimərliklər və parklar bağlanır 12 Avqust 2020, 18:56 Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb 12 Avqust 2020, 18:44 Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR 12 Avqust 2020, 18:34