Arxiv
18 İyun 2020, 09:21 | PARLAMENT
Milli Məclisdə beynəlxalq sahəni ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ

Hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində hər bir dövlətin davranışları əslində onun təhlükəsizliyinin təminatı deməkdir. Hansı xalq öz dövlətinə sahib çıxıb onu qorumağı bacarırsa, o dövlət yaşayır, inkişaf edir. Hansı xalq ki, bunu edə bilmir, onun dövləti dağılır. 

Bu baxımdan düzgün qurulmuş sistem və sistemi təmsil edənlərin şəxsi bacarığının yüksək olması çox önəmlidir.


Bu gün bir sıra beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası xaricdə öz milli maraqlarını təmin etməyə çalışır. Bu məsələdə deputatların da üzərinə böyük missiya düşür.

Azərbaycan Milli Məclisində beynəlxalq arenada təmsilçilik və digər ölkələrin parlamentləri ilə əlaqə ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi məşğul olur.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində aşağıdakı deputatlar təmsil olunurlar:

Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Sahib Alıyev, Nigar Arpadarai, Kamran  Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Ramil Həsən, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov, Sabir Rüstəmxanlı.

Maraqlıdır, bu komitəyə üzv olan deputatlar təmsil etdikləri sahənin bilicisidirmi?

Ekspertlər, vətəndaş cəmiyyətinin üzvləri kənardan bunu necə müşahidə edirlər?

 

Modern.az mövcud sualı bu sahənin ekspertlərinə ünvanlayıb:

 


Politoloq Zərdüşt Əlizadə
fəaliyyətini bəyəndiyi deputatların adlarını çəkərək, digər komitə üzvlərindən razı qalmadığını deyib:

 

“Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov uzun illərdir ki, bu sahədədir və düşünürəm ki, rəhbərlik tərəfindən ona müəyyən istiqamət verilsə, Azərbaycan üçün faydalı işlər görə bilər. Tural Gəncəliyevin fəaliyyəti və aktivliyi gələcəkdə müəyyən işlər görə bilməsi anlamına gəlir. Rasim Musabəyov isə çox savadlı mütəxəssisdir və o, istənilən parlamentlərarası görüşdə ölkəni lazımınca təmsil edə bilər. Sabir Rüstəmxanlı çox gözəl natiqdir, amma bu komitədə təmsil olunmalı deyil. Digər deputatlar haqqında isə müsbət fikirlərim yoxdur, ona görə danışmaq istəmirəm.

Onu da deyim ki, Erkin Qədirlinin bu komitədə olmamasına çox təəssüflənirəm. O nəinki Avropa səviyyəsində, hətta ondan da üstdə dayanan biridir. Ümumilikdə parlamentlərarası və beynəlxalq münasibətlər komitəsinin bir neçə sahədə fəaliyyətini zəif hesab edirəm”.

 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu gənc deputatlar arasında Tural Gəncəliyevin fəallığın bəyəndiyini deyir:

 

“Tural Gəncəliyevin dil bilgiləri və öz mövqeyini beynəlxalq səviyyədə rahatlıqla sərgiləməsini təqdir edirəm. Ondan əlavə parlamentdə beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış millət vəkilləri var. Həmin deputatların Milli Məclisdəki fəaliyyəti də ötən dövr ərzində göz önündə olub. Amma son dönəmlər bu komitədə təmsil olunan deputatlardan bəzilərinin fikri xoşuma gəlmədi. Belə ki, bir neçə deputat dedi ki, Avropa Şurası Azərbaycana qarşı ədalətsiz yanaşırsa, o zaman bu təşkilatdan çıxmalıyıq. Bu heç doğru yanaşma omadı. Biz 2002-ci ildən Avropa Şurasındayıq. İndi əgər bu qurumu tərk etsək, Ermənistan orda qalıb bizə qarşı təxribatı gücləndirəcək. Bundan başqa, bu komitənin bir ara Şərq tərəfdaşlıq proqramını sərt tənqid edən üzvləri var idi. Azərbaycannın Avropa İttifaqına qarşı mövqe sərgiləməsi düzgün deyil. Hansısa beynəlxalq təşkilatı tənqid etmək olar, amma hansısa qurumu tərk etməklə heç nə əldə etmiş olmayacağıq”.

 


Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli
isə sözügedən komitədə Səməd Seyidovun və Tural Gəncəliyevin fəaliyyət istiqamətini təqdir etdiyini deyib:


“Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə üzv olan deputatların işini qənaətbəxş hesab edirəm. Komitə sədri Səməd Seyidov və yeni seçilən deputat Tural Gəncəliyev daha fəaldır. Onlar müəyyən işlər görməyə təşəbbüskardırlar, mətbuat səhifələrində tez-tez görünərək, diqqət cəlb edən fikirlər söyləyirlər. Eyni zamanda, Səməd Seyidov Avropa Şurasında, Tural Gəncəliyev isə ermənilərlə aparılan ideoloji mübarizədə xeyli fəaldır.

Komitənin ümumi fəaliyyətində müəyyən nöqsanlar var, amma işlərini qənaətbəxş hesab etmək olar. Komitə üzvləri fəallaşmalıdırlar, ermənilərlə mübarizənin bütün sahələrində ön planda olmalıdırlar. Aparılan ideoloji mübarizədə yeni tezislər, yeni paradiqmalar irəli sürməli və ictimai fikri öz arxalarınca aparmağı bacarmalıdırlar. Amma komitədə elə deputalar var ki, ictimai fikrin arxasınca sürünürlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?