Modern.az

Milli Məclisdə qanun layihələrinin müzakirəsinə seçicilər də qatılacaq

Milli Məclisdə qanun layihələrinin müzakirəsinə seçicilər də qatılacaq

Parlament

22 İyun 2020, 12:03

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində  ötən ildən başlamış və bu il daha geniş vüsət almış çoxşaxəli islahatlar kursu hakimiyyətin bütün qanadlarını, o cümlədən ölkə parlamentini də tam şəkildə əhatə edib.

Bu, həm milli qanunvericiliyin yeni çağırışlar fonunda  daha da təkmilləşdirilməsini,  həm də zamanın tələbləri baxımından çevik və müasir iş üslubunun tətbiqini zəruri edir.

Bu baxımdan indiki dövrdə fəaliyyət elə təşkil olunmalıdır ki, qanunyaratma prosesinin ən vacib mərhələsi olan normativ hüquqi aktların müzakirəsi və qəbulu daha çevik və səmərəli şəkildə həyata keçirilsin, zamanla ayaqlaşa bilsin, ölkədə baş verən mütərəqqi, innovativ yeniliklərə uyğun olsun. 

Ona görə də Milli Məclisin qanunvericilik işləri planına uyğun olaraq rəhbərlik etdiyim komitənin üzərinə düşən məsələlərin vaxtında və məhsuldar müzakirəsinin təşkili ilə bağlı yeni yanaşmalara üstünlük veriləcək”.


Modern.az
xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin  birinci müavini Əli Hüseynli deyib.


Əli Hüseynli qanun layihələrinin müzakirəsi zamanı seçicilərin də prosesə cəlb edilməsinin zəruriliyini qeyd edib:


“Düşünürəm ki, qanunvericilik təşəbbüsü hüququ əsasında müvafiq subyektlərin təqdim etdikləri dövlət quruculuğu və hüquq siyasəti predmeti olan layihələrin müzakirəsindən əlavə, ortaya çıxan zəruri hallar nəzərə alınmaqla digər yeni təkliflərin araşdırılmasına da ciddi diqqət yetirilməlidir.

 Daha mükəmməl nəticələr əldə etmək məqsədi ilə çalışacağıq ki, layihələri həm də geniş ictimai müzakirə müstəvisinə çıxaraq, tanınmış mütəxəssisləri, ekspertləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə yanaşı, seçiciləri də bu prosesə fəal şəkildə cəlb edək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!