Arxiv
23 İyun 2020, 13:57 | HADİSƏ
İyunda 190 manat ödəniş bu şəkildə veriləcək - NAZİRLİK

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub:

 

“Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

 

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

 

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək”.

 

Rəsmi məlumata görə, ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək:

 

“Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00 Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İtaliya mətbuatında 14 Avqust 2020, 08:57 Erkən ölümü gözlərdən bilmək olur 14 Avqust 2020, 08:47 Müəllimlərin işə qəbulu BAŞLADI 14 Avqust 2020, 08:33 Lənkəranda aviobomba tapıldı 14 Avqust 2020, 08:24 Bu gün növbəti qəbul imtahanı keçirilir 14 Avqust 2020, 08:16 İki idmançımız dopinqə görə cəzalandırldı 14 Avqust 2020, 01:01 Gürcüstanın Azərbaycana borcu açıqlandı 14 Avqust 2020, 00:53 Xərçənglə mübarizədə yeni üsul tapıldı 14 Avqust 2020, 00:36 Nazir xəsarət alanlara görə məsuliyyəti üzərinə götürdü 14 Avqust 2020, 00:23