Modern.az

İranda daha 162 nəfər koronavirusdan öldü

İranda daha 162 nəfər koronavirusdan öldü

29 İyun 2020, 13:56

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb. İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi