Modern.az

Koronavirusa görə KT-dan hansı hallarda keçmək LAZIMDIR?

Koronavirusa görə KT-dan hansı hallarda keçmək LAZIMDIR?

Aktual

29 İyun 2020, 19:34

Covid-19 pandemiyası ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb.

 

Modern.az xəbər verir ki, koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür.

 

Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər.

 

Bu barədə həkim-radioloq Səyyarə Hüseynova Azərtac-a bildirib.

 

"Bəs, kimlər KT üçün müraciət etməlidir?" sualına S.Hüseynova belə cavab verib: 

 

"Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyasından keçmək istəyir. Məsləhət görərdim ki, əslində, heç bir şikayəti olmayan insanlar tələsməsinlər. Buna ehtiyac yoxdur. Bu, ancaq kəskin şikayətləri, temperaturu 38 dərəcədən yüksək olan, özündə nəfəs darlığı, öskürək hiss edən şəxslərə məsləhət görülür".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir