Arxiv
1 İyul 2020, 13:15 | PARLAMENT
Yaz sessiyası deputatların yadında necə qaldı?..

Altıncı çağırış Milli Məclisin yaz sessiyası mayın 31-də  öz işini başa çatdırıb.

İyulun 1-dən start götürən növbədənkənar sessiya isə iyunun 30-da yekunlaşdı.

Maraqlıdır, altıncı çağırış parlamentin yaz sessiyası deputatların yaddaşında necə qaldı?


Modern.az
 saytı mövzu ətrafında deputatların fikirlərini öyrənib:


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev
yaz sessiyasını uğurla başa vurduqlarını bildirib:


“Bir çox qanun layihələri qəbul edildi. Həmçinin, Ombudsmanın, Hökumətin hesabatı dinlənildi. Bunların hər biri çox mühüm məsələlər idi. Bu müzakirələrin ana xətti ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. Digər tərəfdən, qanunlara dəyişikliklər oldu. Dəyişikliklər sosial layihələrə aid edildi ki,  bu da həyatımızın mühüm tərkib hissəsini təşkil edir. Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar dəyişikliklər vardı, onlar da qəbul edildi. Ən başlıcası o idi ki, ölkəmizdə koronavirusun aradan qaldırılması üçün Milli Məclis daha geniş görüşlər keçirdi. Çünki təbliğatın aparılması çox önəmli idi. Deputatlar pandemiya ilə mübarizədə fəallıq nümayiş etdirdilər. Ölkənin həyatında virusun aradan qaldırılması və insanların sağlamlığının təmin edilməsi istiqamətində deputatlar çox ciddi işlədilər və müsbət mənada təbliğat apardılar”.  


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin
sözlərinə görə, yola saldığımız yaz sessiyası tarixi sessiya kimi yadda qalacaq:

 
“Növbədənkənar parlamentin də ilk sessiyası oldu. Parlament adətən fevralın 1-dən yaz sessiyasına başlayır. Bu dəfə növbədənkənar olduğu üçün martın 10-dan fəaliyyətə başladı. Cənab prezident martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasına qatılaraq, parlamentin yaxın dövr fəaliyyəti üçün yol xəritəsi ola biləcək geniş məzmunlu nitq söylədi. Cənab prezidentin nitqində yer alan məsələləri parlament gələcək fəaliyyətində də əsas götürərək, öz işini o istiqamətdə quracaq.  Eyni zamanda, yalnız bir iclas keçirildi ki, ondan sonra pandemiya səbəbindən sonrakı iclaslarımız gərgin rejimdə baş tutdu. Parlamentdə tibbi maska və əlcəklərdən istifadə edildi, komitə iclaslarının çoxu onlayn formada keçirildi, deputatlar tək-tək 2 metr məsafə saxlamaq şərtilə oturmaq zərurəti qarşısında qaldılar. Bu, ümumi iş tempimizdə gərginlik yaratsa da, işimizə davam etdik. Parlament tam olaraq dəyişdi. İlk dəfə qadın spikerin təmsil olunması Azərbaycan qadınının uğurunun ifadəsi idi. Digər tərəfdən, komitə rəhbərləri də dəyişdi. Maraqlı tərəf o idi ki, müxalifət nümayəndələri geniş şəkildə həm komitə, həm də parlament rəhbərliyində təmsil olundular. Bu da həmrəyliyin göstəricisidir. Həmçinin, parlamentdə əvvəlki illərdən fərqli deputatların öz fikirlərini ifadə etməsi üçün geniş imkanlar yaradıldı. Regional məsələlərdən tutmuş, seçici maraqlarını ifadə edən məsələlər müzakirə olundu. İlk hesabat idi ki, hökumət üzvləri olmadan Baş nazirin videokonfrans şəklində hesabatını dinlədik. Bu da məlum səbəbdən irəli gəldi. Arzu edək ki, pandemiya bu ilin sonuna qədər yox olsun və bütün işlər əvvəlki formasına qayıtsın. Hesab edirəm ki, bunların hamısı bir tarixdir”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva
yola salınan yaz sessiyasının 4 aylıq dönəminin tarixə qovuşduğunu qeyd edib:


“Dünyamızın koronavirus bəlası ilə çalxalandığı, ölkəmizdə də pandemiyanın yaşandığı bir dönəmdə Milli Məclisin öz missiyasını qəti və səmimi olaraq qeyd etməliyik ki, uğurla yerinə yetirdi… Özünü ölkədə həyata keçirilən islahatlar kursunun (pandemiyanın yaratdığı müəyyən məqamları-fasilələri nəzərə almasaq) ruhuna uyğun, ona cavab və təkan verən bir ali qanunverici orqan kimi təsdiqlədi. Bu da heç şübhəsiz ki, səbəbsiz deyil. Çünki bu ali qanunverici orqan yeni nəfəsli, yeni ruhlu bir parlamentdir…
Parlamentdə ötən çağırışlardan olan millət vəkilləri ilə yanaşı, 40-dan artıq yeni və əsasən də gənc deputatlar, yeni simalar təmsil olunur. Bu parlament 10 mart 2020-ci il tarixində məhz dövlət başçımızın iştirakı və geniş, proqram xarakterli nitqi, önəmli mesajları ilə öz işinə başlamış bir ali qanunverici orqandır. Yenə məhz ölkə başçısının başlatdığı siyasi islahatlar, siyasi dialoq prosesinin məntiqinə və ruhuna uyğun olaraq, rəhbərliyi, komitələri Milli Məclisdə təmsilçilik əldə edən və ölkədəki əsas siyasi qüvvələrin nümayəndələrindən formalaşdırılmış bir parlamentdir. Məhz bunun nəticəsidir ki, altıncı çağırış parlament əvvəlkilərdən yaxşı və müsbət mənada bir sıra yenilikləri ilə fərqlənir…

Ümumilikdə altıncı çağırış Milli Məclisin 4 aylıq fəaliyyəti barədə çox sözlər söyləmək, çox müsbət fikirlər demək olar. Bunun üçün də bütün əsaslar var. Ən böyük əsas da parlamentin xalqla, seçicilərlə bir yerdə olması, bütünləşməsi, ölkədə həyata keçirilən siyasətə uyuğun fəaliyyət sərgiləməsidir…
Bu baxımdan inanıram və əminəm ki, Milli Məclis bu gözəl baza üzərində indən sonrakı dönəmlərdə, sessiyalarda da üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələ biləcək, əsl millət məclisi kimi, ön sıralarda, dövlətinin və xalqının yanında olacaq”.


Deputat Tamam Cəfərova
bildirib ki, yaz sessiyası  ilk olaraq onun üçün  altıncı çağırış Milli Məclisin ilk iclasında Prezidentin çıxışı ilə yadda qalıb:

“Cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışı deputatların gələcək fəaliyyəti üçün bir yol xəritəsi oldu. Məhz bu çıxışdan sonra ilk dəfə seçilən bir millət vəkili olaraq, gələcək fəaliyyətimin əsas istiqamətləri mənə daha dəqiq və aydın oldu. İkinci yadımda qalan məqam, ilk dəfə olaraq Milli Məclisə qadın sədrin seçilməsi oldu. Hörmətli Sahibə xanımın simasında bu Azərbaycan qadınına verilən yüksək qiymət və etimad idi. Təbii ki, Milli Məclisin pandemiya ilə mübarizədə şəraitində fəaliyyət göstərməsi də həmişə yadımızda qalacaq. Milli Məclis koronavirusla dövlət səviyyəsində aparılan mübarizənin qanunverici bazasının təkmilləşdirilməsini operativ həyata keçirdi, müvafiq qanunlara situasiyaya uyğun dəyişikliklər və əlavələr etdi. Bu müddət ərzində həmçinin, ölkədə aparılan islahatların dəstəklənməsini, bütün sahələrdə inkişafı, insanlarımızın sağlamlığını, rifahını təmin edəcək qanunlar qəbul edildi.
Yadımda qalan digər məqamlardan Azərbaycan Hökümətinin və Ombudsmanın hesabatlarını, yeni Baş prokurorun təqdim olunmasını qeyd edə bilərəm. Mən əminəm ki, altıncı çağırış Milli Məclis yaz sessiyası dövründə üzərində düşən vəzifələri uğurla yerinə yetirdi. Cənab Prezidentin rəhbərliyilə ölkəmizdə aparılan inqilabi islahatların tərkib hissəsi və məntiqi davamı olan çoxpartiyalı Milli Məclis gələcək fəaliyyətndə də islahatlara öz töhfəsini verəcək”


Deputat Məşhur Məmmədov
qeyd edib ki, pandemiya dövrünə təsadüf etsə də, parlament işini uğurla həyata keçirdi:


“Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən cənab prezident  deputatların üzərinə böyük məsuliyyət qoydu. Bu günün reallığı, iqtisadi və siyasi həyatda baş verən proseslər bizi işimizdən soyutmadı. Əksinə, pandemiya ilə əlaqədar olaraq deputatlar işlərini məsuliyyətlə yerinə yetirdilər. Yola saldğımız sessiyada qəbul edilən qərarlar çox önəmli idi. Hesab edirəm ki, parlamentin yaz sessiyası çox məhsuldar keçdi. Ən vacib məsələlərdən biri də seçicilərlə əlaqələrin qurulması, onların problemlərinin həll edilməsidir. Pandemiya dövründə üzbəüz görüşlər keçirə bilməsək də, telefon və onlayn görüşlər vasitəsilə seçicilərin yanında olduq.  Bizə edilən müraciətləri həll etməyə çalışdıq. İcra hakimiyyəti ilə əlaqəli çalışdıq. Rayonda xeyriyyə işlərini gerçəkləşdirdik. Qanunvericilik baxımından da xeyli işlər həyata keçirildi”.


Vüqar İskəndərov
yeni deputat olaraq  parlamentdə  təmsil olunmağından qürur duyduğunu dilə gətirib:


“Böyük bir şəhərin insanlarını Milli Məclisdə təmsil edirəm. Hər bir siyasi fəaliyyətlə məşğul olan insanın ən böyük arzusu ölkənin ali qanunverici orqanında təmsil olunmaqdır. Bu şərəf məsələsidir. Yola saldğımız yaz sessiyası da yaddaqalan oldu. Bütün proseslərin içində olmaqla, qanunların qəbul edilməsində yaxından iştirak etdik. Bizim borcumuz bizə göstərilən etimadı doğrultmaqdır. Pandemiya dövrünə təsadüf etsə də, parlament yaz sessiyasını uğurla davam etdirdi”.


Deputat Əliabbas Salahzadə
də atıncı çağırış parlamentin yaz sessiyasının uğurla başa çatdığını vurğulayıb:


“Milli Məclisdə təmsil olunan yeni deputat kimi parlamentin yaz sessiyasını müsbət qiymətləndirirəm. Bildiyiniz kimi, formalaşan yeni parlament koronavirus pandemiyası səbəbindən seçicilərlə geniş formatda görüşlər keçirə bilmədi. Buna baxmayaraq ya onlayn, ya telefon, ya da köməkçilər vasitəsilə seçici və onun problemlərinin yanında ola bildik.
Parlamentin yaz sessiyası bir çox qanun layihələrinin qəbul edilməsi ilə yadda qaldı. Həm komitələrdə, həm də plenar iclaslarda müzakirəyə çıxarılandan sonra səsvermədə aktiv iştirak etdik. Hesab edirəm ki, qarşıda bizi daha məhsuldar sessiyalar gözləyir. Biz isə deputat olaraq məsuliyyətimizi unutmamalıyıq”.

Deputat Tural Gəncəliyev görülən işləri təqdirəlayiq hesab etdiyini deyib:


“Parlamentin yeni deputatları arasında mən də varam. Parlament sədri Sahibə xanımın rəhbərliyi altında aparılan işlər təqdirəlayiqdir. Ötən yaz sessiyasında canlı müzakirələr oldu. Çoxlu sayda qanun layihələrini müzakirə etdik, dartışdıq. Müzakirələr çox canlı və maraqlı keçdi. Hesab edirəm ki, parlamentin də özəlliyi budur. Mən də bu müzakirələrdə maksimum dərəcədə iştirak etməyə çalışdım. Ermənistan-Azərbaycan münaqişəsi məsələsi, xüsusilə, Ermənistanın işğalçılıq siyasətini bir neçə dəfə parlamentdə qaldırdım. Hesab edirəm ki, gələcəkdə bu səpkidə fəaliyyətimizi davam etdirəcəyik. Yeni deputat olaraq ilk sessiya kimi təcrübə olduğunu deyə bilərəm. Bir sözlə, bəyəndim”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53