 
                                Bakının Qaradağ rayonunda qadın özünü binadan yerə atıb.
Modern.az  xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.
1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (APA)