Arxiv
2 İyul 2020, 18:00 | AKTUAL
Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı yanında operativ qərargahın növbəti iclası keçirilib

 

Modern.az xəbər verir ki, iyulun 2-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə Daşkəsən rayonu ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.

 

Qərargahın sədri Əhəd Abıyev iclasda Daşkəsən rayonunda COVİD-19 pandemiyasına qarşı görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.

 

O, çıxışında vurğulayıb:

 

- Hazırda Daşkəsən rayonunda koronavirus infeksiyası ilə bağlı xüsusi operativ qərargah fəaliyyət göstərir. Operativ qərargahın köməkliyi ilə koronavirusla bağlı karantin rejiminin tələblərinə, dövlətin zəruri bildiyi bütün tələblərə, tapşırıq və tövsiyələrə uyğun addımlar atılır.

 

Rayon ərazisində qabaqlayıcı tədbirlərə uyğun olaraq ictimai yerlərdə sanitar-dezinfeksiya işləri mütəmadi aparılmalı, habelə bütün yaşayış məntəqələri üzrə təşkil olunmuş mobil qruplar vasitəsilə xüsusi karantin rejiminin qaydaları ilə bağlı əhali arasında geniş maarifləndirici və izahedici  işlər bundan sonra da davam etdirilməlidir. 

 

Əhəd Abıyev qeyd edib ki, iyulun 1-də Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov,  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev, şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, polis şöbələrinin rəisləri, prokurorları, Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbələrinin rəisləri iştirak ediblər. Müşavirədə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən şəhər və rayonlarda sanitar-epidemioloji vəziyyət, koronavirus infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin icra vəziyyəti müzakirə olunub və əhali tərəfindən sanitar-gigiyenik qaydalara riayət edilməsi üçün nəzarətin bir daha da gücləndirilməsinə ehtiyac olduğu bildirilib. Baş Nazir hörmətli Əli Əsədov rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərdə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda işlərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb, verilən tapşırıqların vaxtında və qüsursuz icra olunmasını tapşırıb.

 

Əhəd Abıyevin çıxışından sonra müşavirdə rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Meydanəli Yolçuyev,  rayon Polis şöbəsinin rəisi Azay Ağayev, prokuror Maarif Hüseynov, rayon mərkəzi xəstəxanasının direktoru Mirzəkərim Tağıyev, Qeydiyyat şöbəsinin müdiri Ceyhun Qurbanov və Statistika idarəsinin rəis müavini Dürdanə Həsənova çıxış edərək COVİD-19 pandemiyasına qarşı Daşkəsən rayonunda görülən tədbirlərin icra vəziyyətini müzakirə ediblər.     

 

İclasın sonunda rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında müayinələrin davam etdirilməsi,  mobil qruplar və xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə işlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrin dezinfeksiya edilməsinə nəzarətin artırılması ilə bağlı qərar qəbul olunub və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15 General Polad Həşimov haqqında kitab nəşr olunub 3 Avqust 2020, 17:11 Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub 3 Avqust 2020, 17:05 Bu rayonlar sərt karantin rejimindən çıxarıldı 3 Avqust 2020, 17:02