Arxiv
3 İyul 2020, 13:47 | AKTUAL
Baş redaktor“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”

"Prezident İlham Əliyev mütəmadi olaraq gözləntilərdən də vacib qərarlar qəbul edib. Prezidentin qərarları hər zaman ölkə vətəndaşının maraqlarını ən yüksək səviyyədə təmin edib"

 

Modern.az xəbər verir ki, bu fikirləri QHT.az saytının baş redaktoru, "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

 

Cəsarət Hüseynzadə qeyd edir ki, jurnalistlərin sosial-məişət şəraitinin həddindən artıq ağır olduğu bir dönəm var idi:

 

"Çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülürdü. Jurnalistlər üçün torpaq sahəsinin ayrılması, kooperativlərin yaradılması, güzəştli kreditlərin verilməsi və s. Cənab İlham Əliyev heç kimin gözləmədiyi halda, torpaq sahəsinin ayrılması, jurnalistlər binasının tikilməsi və təmirli mənzillərin jurnalistlərə verilməsi haqqında göstəriş verdi. Vacib addımların atılması liderlərin xarizmasından, problemə münasibətindən və onun həlli üçün düzgün qərar vermək bacarığından irəli gəlir. Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, verdiyi qərar ölkə vətəndaşının mənafeyinə hesablanır və dövlətin gələcəyini müəyyən edir."

 

Baş redaktor bildirir ki, dünyada Covid-19 pandemiya hökm sürdüyü, ölkələrin iqtisadiyyatının xeyli zəiflədiyi bir məqamda cənab Prezident qeyd etdi ki, heç bir sosial layihə ixtisar edilməyəcək. Çünki dövlətin əsas hədəfi vətəndaşına dəstək olmaqdır:

 

"Media camiyyəsində müəyyən tərəddüdlər var idi ki, pandemiya şəraitində mətbuatın 145 illik yubileyi müəyyən mənada arxa plana keçə bilər. Əksinə ölkə başçısı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında çox mühüm sərəncam imzaladı. Bu sərəncam əvvəlki illərdən daha əhatəlidir və yeni imkanları ilə seçilir. Prezident media mənsubları ilə görüşündə hər zaman deyir ki, jurnalistlər mənim köməkçilərimdir, bəzi məlumatları mediadan alıram və dərhal tədbir görürəm.

 

Yüksək səviyyədə jurnalistlərə etimad göstərən ölkə başçısı məhz Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı təklifləri də, müxtəlif mənbələrdən əldə etməyi üstün tutdu. Çünki buna qədər bu prosesdə müəyyən çatışmazlıqların olması və təkliflərin bir mənbədən gəlməsi faktları var idi. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi öz əksini tapıb. Bu məqam sərəncamın mühüm hissəsidir və hesab edirəm ki, islahatlar prizmasından ölkə başçısının media üçün təklif etdiyi yeni baxış modelidir".

 

Cəsarət Hüseynzadə vurğulayıb ki, sərəncamda ölkə başçısı dövlətin mətbuata münasibətinə diqqət çəkir və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların mətbuatın inkişafındakı roluna toxunur:

 

"Prezident bu sərəncamda eyni zamanda müasir dövrdə medianın inkişaf üçün vacib olan yol xəritəsinin konturlarını cızır. Dövlət başçısı həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətləri olduğunu xatırlatmaqla mətbuatın yeni mərhələyə daxil olması üçün çağırış edir.Cənab prezident mətbuatın inkişafı ilə bağlı, jurnalistlərin sosial məişət problemlərinin həlli ilə bağlı xeyli sayda qərarlar verib. Gələn bütün təkliflərə öz müsbət münasibətini bildirib. Bu da ölkə başçısı tərəfindən söz və mətbuat azadlığına verilən qiymət və dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən atılan bütün addımlar mətbuatının inkişafına xüsusi töhfələr verib.

 Xüsusən həssas dönəmdə jurnalistlərə göstərilən bu diqqət üçün cənab prezidentə təşəkkür edirəm, hesab edirəm ki, sərəncam jurnalistlər üçün əlavə stimul olmaqla yanaşı, ölkəmizdə medianın yeni inkişaf modelinin formalaşması üçün əsas olacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliya 1/8 finalda   17 İyun 2021, 00:57 Goranboyda ölümlə nəticələnən yol qəzası 17 İyun 2021, 00:44 Azərbaycan və Rusiya parlamentləri arasında iş planı imzalandı 17 İyun 2021, 00:30 Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar var 17 İyun 2021, 00:18 Depay "Barselona"ya keçir 17 İyun 2021, 00:04 Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?