Arxiv
3 İyul 2020, 14:48 | AKTUAL
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırıldı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, komitə ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

 

Belə tədbirlərdən biri “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayından tətbiqinə başlanan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

 

Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün “myGov” portalına daxil olmaq tələb olunur. “myGov” portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.

 

Portala daxil olmaq üçün istifadəçi FİN-i, “Asan imza”, elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.

 

Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən, “Qurumlar üzrə” altbölməsinə keçid edilir və “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi” seçilir. Açılan pəncərədə “Məcburi köçkün statusu haqqında arayış” xidmətinin üzərinə klik etməklə elektron arayış əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, “Yüklə” düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06