Modern.az

Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi

“Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi

3 İyul 2020, 17:13

Ölkə başçısının göstərişləri nəticəsində iqtisadi sahədə 4 işçi qrupu yaradılıb. Onların təklifi əsasında tədbirlər planı hazırlanıb.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, əsas məqsəd makroiqtisadi sabitliyi bərqərar etmək, iqtisadi sahədə inkişafa nail olmaqdır:

"Yoluxanların sayı hələ də gündəlik artır Hamını narahat edən rəqəmlərin yüksək səviyyədə qalmasıdır. Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik. Bütün dünya ölkələri bu pandemiya ilə mübarizədədir. Burada ən vacib məsələ "mənə nə etdilər" yox,"mən nə etdim" olmalıdır. Problemin həlli üçün hamımız səfərbər olmalıyıq. Biz hamımız müharibədəyik, hamımız koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!