Modern.az

“Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin?

“Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin?

Aktual

3 İyul 2020, 18:23

“COVID-19 olmasaq da, kimsə özünü pis hiss edə bilər, hərarəti qalxar və bu zaman "məndə koronavirus var" düşüncəsi yaranır”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.

N.Zeynalov qeyd edib ki, bu zaman şəxs sahə həkiminə, poliklinikaya telefon aça bilər.

Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, vətəndaşlar zərurət olmadan təcili tibbi yardıma müraciət etməsinlər:

"Hazırda təcili tibbi yardımın yükü olduqca ağırdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?