Arxiv
6 İyul 2020, 22:21 | İQTİSADİYYAT
“Nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq” - İlham Əliyev

"Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir".



Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.



Dövlət başçısı qeyd edib ki, biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq: “İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib”.



“Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq. Digər tərəfdən, baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.



İqtisadi sahədə bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə özünü göstərir. Həm biznes cəmiyyəti bunu görür və qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək müqaviləsi imzalandı. Əslində bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Çünki bu günədək yüz minə qədər insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi, öz əməkhaqqı barədə məlumat vermirdi. Beləliklə, özünü gələcək pensiya təminatından, gələcək tibbi sığortadan məhrum edirdi. Odur ki, həm maarifləndirmə işləri, həm də çox ciddi inzibati addımlar və dövlət qurumları ilə biznes qurumları arasındakı təmaslar, onlar üçün güzəştli vaxtın uzadılması ona gətirib çıxardı ki, yüz mindən çox əmək müqaviləsi imzalandı və bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir”, - deyə dövlət başçısı qeyd edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12 Uels - İsveçrə matçı heç-heçə başa çatdı 12 İyun 2021, 19:02
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?