Modern.az

Qubada maşın piyadanı vuraraq öldürdü

Qubada maşın piyadanı vuraraq öldürdü

7 İyul 2020, 18:08

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada, 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü