Modern.az

Britaniyada daha 155 nəfər koronavirusun qurbanı oldu

Britaniyada daha 155 nəfər koronavirusun qurbanı oldu

8 İyul 2020, 00:56

Böyük Britaniyada son sutkada 155 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 391 nəfərə çatıb. Son gündə daha 581 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 286 349 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 16 nəfər virusun qurbanı olub, 352 nəfərinsə virusa yoluxması təsdiqlənib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir