Arxiv
8 İyul 2020, 11:34 | TƏHSİL
Məktəb seçiminə start verildi

Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

 

Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.

 

Qeyd edək ki, məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər məsələyə operativ aydınlıq gətirilməsi üçün şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində müvafiq “Whatsapp” nömrələrinə (+994 55 892-27-51; +994 55 892-63-90+994; +994 55 892-95-89), eləcə də BŞTİ-nin Məlumat sorğu mərkəzinə (telefon: +994 012 599-12-22) zəng edə bilərlər. Mövcud sanitar-epidemioloji vəziyyətin tələblərini nəzərə alaraq, heç bir halda BŞTİ-yə və ya ümumi təhsil məktəblərinə yaxınlaşmağa ehtiyac yoxdur.

 

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53