Modern.az

Azərbaycanda daha üç həkim koronavirusa yoluxdu

Azərbaycanda daha üç həkim koronavirusa yoluxdu

Aktual

8 İyul 2020, 17:48

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

 

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

 

Xəstəxananın baş həkimi İftixar Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

 

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

 

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır