Modern.az

Microsoft: Rusiya kəşfiyyatı Wi-Fi şəbəkələrinə kiberhücum edib

Microsoft: Rusiya kəşfiyyatı Wi-Fi şəbəkələrinə kiberhücum edib

Dünya

Bu gün, 17:54

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ilə əlaqələndirilən haker qrupunun dünya üzrə otel və digər ictimai məkanların Wi-Fi şəbəkələrinə genişmiqyaslı kiberhücum həyata keçirdiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Microsoft məlumat yayıb.

Şirkətin açıqlamasına görə, hücumlar otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlarda istifadə olunan captive portal adlanan Wi-Fi giriş sistemlərini hədəf alıb. Bunlar istifadəçilərin ictimai simsiz şəbəkəyə qoşularkən qarşılarına çıxan autentifikasiya səhifələridir.

Microsoft-un ehtimalına görə, hakerlər eyni vaxtda bir neçə Wi-Fi operatorunun istifadə etdiyi ümumi xidmətlərə çıxış əldə edə biliblər. Şirkət qeyd edib ki, bu ssenari təsdiqlənərsə, bir uğurlu hücum çoxsaylı otel və ictimai Wi-Fi şəbəkələrinin komprometasiya olunmasına səbəb ola bilər.

Məlumata əsasən, hücum zamanı istifadəçilər fərqinə varmadan hakerlərin nəzarətində olan fişinq infrastrukturuna yönləndirilib. Daha sonra onlara brauzer və ya əməliyyat sisteminin yenilənməsi adı altında zərərli proqram təminatı təqdim olunub.

Bildirilir ki, saxta yenilənmə bildirişləri istifadəçilər yeni Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra brauzerlərin internet bağlantısını avtomatik yoxlaması zamanı ekranda peyda olub.

Microsoft iddia edir ki, kiberhücumun arxasında Storm-2945 adlı haker qrupu dayanır. Şirkətin məlumatına görə, bu qrup Midnight Blizzard kibercasus şəbəkəsi ilə əlaqəlidir və Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) adından fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!