Modern.az

Ərdoğana sui-qəsd planının iştirakçısı detallarını açıqladı

Ərdoğana sui-qəsd planının iştirakçısı detallarını açıqladı

Aktual

Bu gün, 16:46

Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın ələ keçirilməsi əməliyyatında iştirak etmiş FETÖ üzvü Burkay Karatəpənin ifadəsi ictimaiyyətə açıqlanıb.

Modern.az xəbər verir ki, uzun illər beynəlxalq axtarışda olan Karatəpə ifadəsində təşkilata necə cəlb edildiyini və çevriliş gecəsi planlaşdırılan əməliyyatın detallarını danışıb.

Onun sözlərinə görə, FETÖ ilə əlaqələri 1998-ci ildə orta məktəbdə oxuyarkən başlayıb və hərbi məktəbə qəbul olunduqdan sonra da davam edib. Karatəpə iddia edib ki, təşkilat üzvləri ona imtahan suallarını əvvəlcədən təqdim edərək zabit olmasına kömək ediblər.

İfadəyə əsasən, 2016-cı il iyulun 15-dən bir neçə gün əvvəl İstanbulda gizli toplantı keçirilib. İştirakçılara mühüm əməliyyata hazır olmaları, hətta ailə üzvlərinə belə heç nə deməmələri və şəxsi rabitə vasitələrini özləri ilə götürməmələri tapşırılıb.

Karatəpənin sözlərinə görə, çevriliş gecəsi qrup helikopterlə Çiğli hərbi bazasına aparılıb. Məhz burada onlara ölkədə dövlət çevrilişinin baş verdiyi, tapşırıqlarının isə Prezident Rəcəb Tayyib Ərdoğanı olduğu yerdə ələ keçirərək müəyyən edilmiş ünvana aparmaq olduğu bildirilib.

O qeyd edib ki, silahlı dəstə Ərdoğanın olduğu yer müəyyənləşdirildikdən sonra əməliyyatı həyata keçirmək üçün dərhal Marmaris istiqamətinə yola düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!