Modern.az

Erməni deputatı: Konstitusiyanın dəyişməsi ilk növbədə bizim üçün lazımdır

Erməni deputatı: Konstitusiyanın dəyişməsi ilk növbədə bizim üçün lazımdır

Aktual

5 Avqust 2026, 17:57

Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin ilk növbədə ölkənin öz maraqlarına xidmət etdiyi bildirilib.

Modern.az xəbər verir ki, bunu hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Taron Çaxoyan deyib.

Deputatın sözlərinə görə, Konstitusiyaya dəyişiklik edilməsi ilk növbədə Ermənistan üçün zəruridir.

"Qarabağ məsələsi Ermənistan üçün de-fakto bağlanıb, lakin de-yure hələ bağlanmayıb", – deyə Çaxoyan bildirib.

Onun fikrincə, bu səbəbdən ölkənin hüquqi bazasının mövcud reallıqlara uyğunlaşdırılması vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı