Modern.az

Rusiyada dron istehsalçısının maşını partladıldı

Rusiyada dron istehsalçısının maşını partladıldı

Dünya

5 Avqust 2026, 17:36

Rusiyanın Yekaterinburq şəhəri yaxınlığında yerləşən Böyük İstok qəsəbəsində pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətin direktoruna məxsus olduğu bildirilən avtomobil partladılıb.

Modern.az xəbər verir ki, Rusiya saytlarının yaydığı məlumata görə, partladılan "Mercedes" avtomobili müdafiə sənayesi müəssisəsi olan "Uraldronzavod" şirkətinin direktoru Vladimir Tkaçuka məxsus olub.

Məlumata görə, Vladimir Tkaçuk avtomobilə minməyə macal tapmadığı üçün sağ qalıb. O, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, Vladimir Tkaçuk Ukrayna müharibəsində istifadə olunan və "Upır" ("Vampir") adı ilə tanınan döyüş dronunun yaradıcılarından biri kimi tanınır. Bu pilotsuz uçuş aparatlarının istehsalına 2022-ci ilin sentyabrında başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı