Modern.az

Medvedev Putinlə münasibətlərindən DANIŞDI: “Aramızda hələ də...”

Medvedev Putinlə münasibətlərindən DANIŞDI: “Aramızda hələ də...”

9 İyul 2020, 12:54

Rusiya Milli Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev “Komsomolskaya Pravda” qəzetinə müsahibı verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Putinlə dost münasibətlərdə olmasından danışıb.

“Bizim aramızda hələ də dostluq münasibətləri var. Baş nazir postundan getsəm də, müxtəlif formatlarda görüşürük, milli təhlükəsizlik məsələləri barədə, müəyyən mənada iqtisadi və sosial məsələləri gözdən keçiririk”.

 

Medvedev iqtidardakı “Vahid Rusiya” partiyası ilə bağlı da Putindən məsləhətlər aldığını dilə gətirib.

2008-2012-ci illərdə Rusiya prezidenti olan Dmitri Medvedev 2012-2020-ci illərdə baş nazir olub. 2020-ci ilin yanvarında onun başçılıq etdiyi hökumət istefa verib və Mixail Mişustun onun yerinə baş nazir təyinatı alıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi