Arxiv
9 İyul 2020, 14:35 | AKTUAL
Azərbaycan mətbuatı – 145  

“Cəfər Cabbarlı öz zəngin 

yaradıcılığı ilə dünya dramaturgiyası

 zirvəsinə yüksələn dahi sənətkardır”

 

Heydər Əliyev

 

C.CABBARLININ AÇILMAMIŞ JURNALİSTİKA SİRLƏRİ

 

Cəfər Cabbarlı həyat həqiqətlərini bədii gerçəklik müstəvisində müxtəlif ədəbi janrların qəliblərində  ifadə etməyi bacarıan unikal istedad  sahibidir. Hər hansı yazıçının yaradıcılığına hərtərəfli baxışla yanaşanda, onun hansı bir ədəbi janrda daha uğurlu olması meydana çıxır. Cabbarlının zəif əsəri olmayıb, düşüncə, hiss və həyacanlarını ifadə etdiyi bütün əsərlarində yüksək sənət ecası göstərə bilib. 

 

Bir jurnalist, şair,yazıçı, musiqi mətn müəllifi və  bəstəçisi, nəzəriyyəçi, teatr və kino yaradıcısı olmaq etibarı ilə o, bir-birindən kəskin fərqlənən janrların nəzəri tələblərini gözləyərək öz gizli sözünü deməyi bacarıb. Azərbaycanın mənəvi-ruhani yaşam sferasında elə mətləb qalmayıb ki, dahi sənətkar orada öz sözünü deməmiş olsun. 

 

Bəs, Cəfər Cabbarlı buna necə müvəffəq olub? İlk növbədə istifadə etdiyi janrların nəzəri əsaslarını əsaslı surətdə öyrənib. Onun yazdığı bütün nəzm nümunələri qüsursuzdur; nə ritmik, nə qafiyə, nə də məzmun sarıdan bu sənət əsərlərində zərrəcə də əksiklik yoxdur.  Bu sözlər nəsr və dramaturgiya (həm teatr, həm kino) materiallarına da şamil edilə bilər.

 

Elə yazıçılar var ki, əvvəl hekayə kimi qələmə aldığı bir mövzunu genişləndirib povest, ya roman, daha sonra isə səhnə əsəri və kino ssenari şəklinə salıb. Mövzunun eyniyyəti əlavə təfərrüatlar xaric bütün bu əsərlərdə üst-üstə düşür. Cəfər Cabbarlı isə qələmə aldığı mövzunun sakrallığını başqa janrlarda adiləşdirməyi heç ağlına da gətirmirdi. Başqa müəlliflər hansısa bir mövzunu teatr üçün səhnələşdirir, Cabbarlıda mövzu teatr əsəri kimi doğulur. M.F.Axundovun ölümünün 50 illiyi münasibətilə “Hacı Qara” komediyasının əsasında “Sona” və öz səhnə əsərləri olan “Sevil”, “Almas”, “1905-ci ildə” dramlarınının mövzusunda eyni adlı kino-ssenariləri yazıb. Ssenarilər mütləq rusca yazılmalıydı, dahi sənətkar bu dili incəliklərinədək mükəmməl bilirdi və fikirlərini ifadə etməkdə heç bir çətinliyi yox idi. Ssenariləri oxuyanda kinonun tələblərini, imkanlarını həm bir ssenariçi, həm də rejissor kimi necə gözəl mənimsədiyini görməmək olmur.

 

Cəfər Cabbarlı xalqın taleyini sənət qayəsi edən dahi sənətkar olduğu üçün, ilk növbədə yaşam faktını seçib qələmə alarkən, oxucu və tamaşaçının ruhi sfera və idrak mexanizmlərini şüuraltı nəzərə alırdı. Bunun üçün jurnalist müşahidəçiliyi onun köməyinə gəlirdi. Hələ mətbuat orqanlarında rəsmi jurnalist  kimi fəaliyyət göstərmədiyi vaxtlarda da onun jurnalist istedadı özünü tam gerçəkliyilə büruzə verirdi. İlk yaradıcılıq dövrünə aid edilən satirik şeirləri, əslində mənzum felyetonlardı. “Qurtuluş”, “Məktəb”, “Babayi-Əmir”, “Dirilik”, “Molla Nəsrəddin” və s. mətbu orqanlarında çap etdiyi nəzm nümunələrində bədii-poetik istedadla yanaşı, mövzuya yetkin jurnalist baxışını da görmək olur. "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində  o, şair olmaqla yanaşı həm də kəskin qələmli cəsur jurnalist kimi özünü göstərir. Başqalarının bəlkə də çəkindiyi mövzularda da gənc şair öz sözünü deyə bilir."Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa mənzum felyetonlarında şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

 

 

Yazıçının jurnalist sövqi-təbiisi müşahidə etdiyi hadisələrin həyatiliyini qorumaqla  onu bədii fakta çevirməyi bacarığındandır ki, "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında  baş verən  erməni daşnaqlarının havadarlarından aldığı dəstəklə qürrələnərək xalqımıza  qarşı etdiyi zülmlər təsvir edilir. 16 sentyabr 1919-cu ildə  A.M.Şərifzadənin rejissorluğu ilə "Türk ocağı"nda tamaşaya qoyulmuş bu əsərdə  Nuru Paşanın başçılığıyla  xilaskar türk ordusunun Bakı şəhərini barbar erməni vəhşilərindən xilas etməsini Cəfər Cabbarlı səhnəyə gətirdi. Çox təəssüf olsun ki, əsərin mətni hələ də əlimizdə deyildir.

 

28 aprel bolşevik işğalından sonra, həmfikirləri mühacirətə üz tutsa da, vətəndə qalıb məşəqqətlərə dözməklə, burada xalqına daha çox əyani xidmət göstərmək istədi. Nəşr olunan “Əxbar”(Xəbərlər) qəzetində rəsmi olaraq jurnalist kimi çalışdı. Hələ ki, bolşevik basqısı kəskin olmayan həmin vaxtlarda qəzetdə azad söz demək mümkündü, Cabbarlı bu fürsəti fövtə vermədi. Həm ictimai-siyasi, həm də mədəniyyət faktlarını, jurnalist araşdırmalarını qələmə aldı. Sonra “Kommunist” klişesilə çıxan həmin qəzetdə də jurnalist kimi imzası göründü.

 

Çox  təəssüf ki, Cəfər Cabbarlının jurnalistikası yaxşı öyrənilməyib. Bu ayrıca dissertasiya mövzusudur.

 

Azərbaycan Milli Mətbuatının 145 illiyinin keçirilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda mətbuat və jurnalistika tariximizə nəzər yetirilmiş, onun inkişafında xidməti olan maarifpərvər ziyalılarımızın, publisistlərin, söz, qələm sahiblərinin əməyi xüsusi vurğulanmışdır. Bu ziyalılar, qüdrətli söz, qələm sərrafları arasında, sübhəsiz ki, dahi Cəfər Cabbarlının öz yeri , öz xüsusi çəkisi vardır.

 

FİRUDİN QURBANSOY

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru,

dosent

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28