Modern.az

Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO

Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO

10 İyul 2020, 14:18

İyulun 9-da  48 saylı Yevlax Seşki Dairəsindən deputat seçilmiş İlham Məmmədov seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun , Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki,görüş Nazirlər Kabineti yanında Opreativ Qərargahın tövsiyyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilib. İlham Məmmədov İlk öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Möhtərəm cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vət vətəndaşlara yardımların edilməsindən işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışmış, sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırıb.

 

İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin efektliyini artıqmaq məqsədi ilə hr kəsi məsuliyyətli olmağa çağırmış, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlmağın vacibliyini vurğulayıb. Sonra fərdi qaydada seçicilər dinlənilmiş onları narahat edən məslələrlə bağlı qeydlər götürülmüş, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağı bildirilib.

 

Daha sonra Qoyunbinəsi kəndində inşa edilən 480 şağırd yerlik məktəb binasının tikintisi ilə tanış olmuş, tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb. İlham Məmmədov qeyd edib ki, o seçicilərinin yanındadır və onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir