Modern.az

Sabah Gürcüstandan Azərbaycana 200 nəfər gətiriləcək

Sabah Gürcüstandan Azərbaycana 200 nəfər gətiriləcək

11 İyul 2020, 12:37

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək.

 

Modern.az  xəbər verir ki, Gürcüstandan təxliyə olunacaq 200-dək Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.

 

Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirib ki, yoxlama prosesi Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir.

 

Nəticələr iyulun 12-də məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək. Azərbaycan vətəndaşlarının təxliyəsi iyulun 13-nə təyin olunub. Onlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı