Modern.az

Azərbaycanda dəhşətli qətl - Qardaşoğlu əmisini baltaladı

Azərbaycanda dəhşətli qətl - Qardaşoğlu əmisini baltaladı

Aktual

11 İyul 2020, 12:48

Ucar sakini küt alətlə öldürülüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata görə, B. Abbasov qohumları tərəfindən öldürülüb. Faktla bağlı mərhumun qardaşı uşaqları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.  

 

Araşdırma aparılır.(APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü