Modern.az

Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi

Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi

Təhsil

11 İyul 2020, 18:09

Bu gün Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” mövzusunda onlayn konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, adıçəkilən konfrans həm də yeni yaradılan Azərbaycan Təhsil Jurnalistləri Birliyinin üzvlərinin bir araya gələrək, ictimaiyyətlə ilk görüşü kimi də yadda qalıb.

 

Onlayn konfransa Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov,  katibi İlqar Oruclu, millət vəkili, Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev və nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da qatılıb.

 

TJB üzvü olan jurnalistlərin bir qismi onlayn konfransa qatılaraq, qonaqlarla birlikdə pandemiya dövrünün təhsil durumunu müzakirə ediblər.

 

Professor Şahlar Əsgərov pandemiyanın dünya təhsilinə olan təsirlərinə toxunmaqla yanaşı, təhsilin dayanıqlığına yönəlik atılan addımları vurğulayıb, bu əsnada dünya təcrübəsindən misallar gətirib.

 

Millət vəkili Etibar Əliyev də mövcud problemlərə baxmayaraq, Azərbaycan təhsilin pandemiya sınağından layiqincə çıxdığını xatırladıb, dövlət tərəfindən bu istiqamətdə atılan addımları, təmsilçisi olduğu Milli Məclisdə aparılan müzakirə və verilən qərarları qeyd edib.

 

Nazirlik sözçüsü Cəsarət Valehov pandemiya dövründəki təhsili dəyərləndirməklə bərabər, sosial medianın bu istiqamətdəki dəstəyindən də söz açıb.

 

İctimai Şuranın katibi İlqar Oruclu pandemiya dövrünün dünya təhsili ilə Azərbaycan tədris durumunu faktlarla müzakirə edib və ölkə təhsilinin bu sınaqdan üzüağ çıxdığını xatırladıb.

 

Daha sonra müzakirəyə qoşulan və ayrı-ayrı media qurumlarını təmsil edin TJB üzvlərinin sualları qonaqlar tərəfindən cavablandırılıb.

 

Millət vəkili Etibar Əliyev yeni çapdan çıxan “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabından müzakirədə iştirk edən jurnalistlərə hədiyyə edəcəyini bildirib.

 

TJB-nin təsisçisi, AzEdu Təhsil portalının baş direktoru Elşad Eyvazlı müzakirə iştirakçılarına təşəkkürünü bildirib və bu tiplu konfransların davamlı olacağını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!